Ukraynanın Luqansk şəhərində Litvanın fəxri konsulu Nikolay Zelenets oğurlanaraq qətlə yetirilib. Ukrayna mətbuatının məlumatına görə, bu barədə Twitter səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus yazıb. “Dərin təəssüflə bildirmək istəyirəm ki, Litvanın Luqanskdakı fəxri konsulu Nikolay Zelenets terrorçular tərəfindən oğurlanaraq vəhşicəsinə qətlə yetirilib”.
İş adamı Nikolay Zelenets Luqansk şəhərində yaşayıb, Ukrayna vətəndaşı olub.