Bu günlərdə iki dövlət arasında ciddi qalmaqal yaradan olaydan söhbət gedir. Məlum olmuşdu ki, Alman kəşfiyyatı Türkiyədə bir sıra dövlət adamları olmaqla çoxlu sayda insanın telefon danışıqlarını izləyirmiş. Deyəsən, Almaniya diplomatları buna ağlabatan bir cavab tapıblar. Belə ki, Türkiyədəki ,,Hürriyet,, qəzetinin verdiyi xəbərə görə, almanlar Türkiyədən keçən və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft və qaz boru xəttləri ilə bağlı məsələlərə görə Türkiyədə dinləmə şəbəkəsinə ehtiyacı duyub. Bu xətlər, əsasən, Şimali İraq, TANAP və NABUCCO xəttləri ola bilər. Qəzet qeyd edir ki, Türkiyə dünya neft ehtiyatlarının 85 faizinin olduğu bir bölgədə yerləşir və buna görə də, bu cür dinləmələr adi sayıla bilər. Qəzet bildirir ki, öz növbəsində MİT də hələ 2009-cu ildən ,,Enerji masası,, deyilən bir mərkəz yaradaraq bu istiqamətdə kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
azadliq.info