Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. “Neftçi” səfərdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Görüşdə qapılara 5 qol vurulub. Hesabda 2:0 önə keçən “Neftçi” sonradan üstünlüyünü əldən verərək meydanı məğlub tərk edib – 2:3.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.