“Donetsk və Luqanskda insanlar sülh istəyirlər”
Ukrayna Prezidenti Petr Poroşenko BMT baş katibinin müavini Cefri Feltmanla görüşüb. Tərəflər Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.
Petr Poroşenko qeyd edib: “Donetsk və Luqanskda insanlar sülh istəyirlər. Təklif etdiyimiz sülh planının implementasiyası fəaliyyətimizi müəyyənləşdirir. Biz başa düşürük ki, münaqişəni yalnız hərbi vasitələrlə həll etmək olmaz”.
Ukrayna Prezidenti girovlarla bağlı problemdən də danışıb. (ans)