Ukrayna prezidenti Petr Poroşenko Moskvada Stalin təpəciyi adlanan göydələnlərin birinin başına Ukrayna bayrağı asılmasına münasibət bildirib. Ölkə başçısı bu hadisədən məmnun olduğunu deyib. “Mənim çox xoşuma gəldi ki, bizim bayrağımız həmin gün Moskvanın ən hündür təpəciyində dalğalandı”, – deyə prezident bildirib.
Petr Poroşenko çıxışının sonunda “Bizim rənglərimiz” aksiyasını elan edərək Ukrayna vətəndaşlarını ev, ofis və avtomobillərdə milli bayrağı asmağa çağırıb.
Prezident başqalarına nümunə olmaq üçün öz maşınının şüşəsinə sarı-göy bayraq bərkidib.
Xatırladaq ki, Moskvada baş verən insidentlə bağlı Taqanskiy rayon polisi tərəfindən 4 şübhəli şəxs saxlanılıb. Onlara qarşı “vandalizm” və “dələduzluq”maddələri ilə cinayət işinin qaldırılacağı gözlənilir.