Dünya Yezidlər Birliyinin də qərarını aldılar
Yezidlərin Ümumdünya Birliyi Dağlıq Qarabağda 200 yezid ailəsinin yerləşdirilməsi barədə qərar qəbul edib. Bu barədə KİV-ə Ermənistan yezidləri icmasının rəhbəri Əziz Tamoyan məlumat verib. Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ səlahiyyətliləri yezid ailələrinin yerləşdirilməsi üçün tədbirlər görməyə başlayıblar.
Xatırladaq ki, Ermənstan hökuməti avqustun 15-də İraq yezidlərinə yardım üçün 50 min dollar vəsait ayırıb. Avqustun 18-də isə Sarkisyan Xarici İşlər Nazirliyinə yezidi kürdlərin qarabağa gətirilməsi üçün ciddi səylər göstərməyi tapşırıb. Bu məqsəd üçün Sarkisyan hökumət yezidi kürdlər üçün ayrılacaq humanitar yardımın həcmini də artırmağı planlaşdırırlar.
Yezidi kürdlər açıqlama yayaraq Qarabağa gəlmək istəmədiklərini bildirmişdilər. Görünür, Ermənistan, heç olmasa, on-on beş ailə də olsa gətirib qarabağa yerləşdirməklə xalq azanmaq fikrindən daşınmayıb.
azadliq.info