Avqustun 11-də şərlənərək həbs edilən AXCP üzvü Murad Ədilovun müdafiə hüququ pozulmaqdadı. Bu onun vəkili Yalçın İmanovla görüşünə hələ də imkan verilməməsi ilə bağılıdır. Murad Ədilov həbs edildiyi gündən sonra 4 gün “bantotdel”də saxlanılıb. Həmin müddətdə dəfələrlə cəhd edilsə də müxtəlif qanunsuz əsaslarla vəkillə onun görüşməsinə icazə verilməyib. Buna görə müdafiə tərəfi məhkəmə iddiası da qaldırıb. Keçən həftədən Murad Kürdəxanı təcridxanasına köçürülüb. Vəkil Yalçın İmanov elə həmin gündən orderini poçtla yola salsa da müstəntiq Hacı Əfəndiyev onu hələ də onu təqdim eləmir.
İstintaq orqanının məqdəsli süründürməsinə görə Murad Ədilov haqda vəkilsiz həbs qətimkan tədbiri seçilib. Bu qərardan verilən apelyasiya şikayəti də deyəsən, onun vəkili olmadan baxılacaq.
S.Novruz