“Əgər şəxsi-qərəzliklə deyilməyibsə, özü bilər, mən nə deyə bilərəm ki? Amma şəxsi qərəzliyi varsa, özü bilir, Allahı bilir. Bu fikrə heç bir münasibətim yoxdur. Allah Əhməd Bakıxanovun ruhunu şad eləsin. İndi Tofiq Bakıxanov da haqqımda iki-üç kəlmə deyib də, qoca kişidir. Nə niyyətlə deyib, özü bilər”. Bunu Modern.az-a açıqlamasında xalq Artisti Alim Qasımov bildirib. O, xalq artisti, bəstəkar Tofiq Bakıxanovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən bundan artıq şərh vermək istəməyib.
Qeyd edək ki, bəstəkar T. Bakıxanov APA-ya müsahibəsində bir çox muğam ifaçılarının bir çoxunu tənqid edib. Qadın ifaçılarını bəyənmədiyini bildirən T. Bakıxanov xalq artisti A. Qasımovun ifasına da irad tutub: “Alim Qasımov əvvəl yaxşı başlamışdı. Amma son zamanlar səhnədə qışqırır, əllərini qaldırır – bunlar başqa şeyin əlamətləridir.
Muğam ifaçılarından heç biri belə oxumayıblar. O, nə isə axtarır, axtarışdadır. Avropada ona böyük qiymət verirlər. Onlar üçün bu yenidir, amma muğamı elə muğam kimi oxumaq lazımdır”.