Multimillioner gələn il Monakonin Aralıq dənizi sahilində tikdirdiyi əfsanəvi göydələni satışa çıxaracaq. 240 milyon funt sterlinqə başa gələn bu göydələn beş mərtəbəli talvarı, nəhəng hovuzu, slaydı ilə ona müştəri gözü ilə baxanları heyran edecək.
Lüks mənzillərdən ibarət olan bu bina 560 ft hündürlüyündə olub Aralıq dənizi sahilində tikilən ikinci ən böyük göydələn olacaq.
Bu göydələndə yaşayan millionerlər hər cür xidmətlə əhatə olunacalar. Onlar üçün nə edim, necə edim problemi olmayacaq. Binanın talvarında mənzil almaq istəyənlər onu hovuzu ilə əldə edəcəklər. Onlar öz eyvanlarından çıxıb hovuzda rahat çimə biləcəklər.
Belə bir göydələn Monakoda ilk dəfə 1980- ci ildə tikilib.