Pol Qobl
Rusiya Özbəkistan əleyhinə karakalpak separatizmindən faydalanmaq niyyətindədir
Moldovada, Gürcüstanda, Azərbaycanda və Ukraynada etnik azlıqlar problemindən istifadə etməkdə təcrübə qazanan Rusiya hökuməti, indi eyni kartla Özbəkistan hakimiyyətini cəzalandırmaq fikrindədir. Son zamanlar Qərbpərəst mövqe tutmağa başlamış və Rusiyanın regional oyunlarına qarışmayan İslam Kərimovu vurmaq üçün ruslar karakalpak separatizmini işə salmaq niyyətindədir.
Karapalkaiya Özbəkistanın ən kasıb və ekoloji baxımdan bərbad regionlarından biridir. 1.7 milyon nəfər olan karapalpaklar 30 milyonluq Özbəkistanın 15-də biri olsalar da, Karakalpakiya vilayətinin 61800 kvadrat mil ərazisi Özbəkistanın 172 kvadrat mil ərazisinin üçdə birindən çoxunu təşkil edir.
Bundan əlavə, bu bölgənin zəngin neft və qaz yataqları onu Daşkəndə qarşı qoymaq üçün motivasiya yaradır.
İyulun 31-də «Pravda» qəzetində müəllif Sergey Kojemyakin bildirib ki, Karakalpakiya kütləvi informasiya vasitələrində çox az işıqlandırılır və yalnız zaman-zaman Aral dənizinin quruması ilə bağlı xatırlanır. Çünki bu vilayət həmin ərazilərlə həmsərhəddir. Amma bir neçə ay bundan əvvəl (iyunun 13-də) bir sıra karakalpak fəallar elan etdilər ki, onlar Özbəkistandan ayrılmaqla müstəqilləyə can atırlar. Özbəkistan hökuməti isə bunu xarici dövlətin respublikaya qarşı provakasiyası adlandırdı.
Özbəkistan bu bəyanatda xarici dövlərin adını açıqlamadı. Amma hətta bəzi Moskvalı şərhçilər də etiraf etdilər ki, İslam Kərimov, məhz, Rusiyanı nəzərdə tutur. Doğrudan da, mart ayında «İrəli Karakalpakiya» adlı hərəkat öz facebook səhifəsində elan etmişdi ki, Karakalpakiya əhalisi İslam Kərimovun daxili siyasəti ilə razılaşmır və əgər Rusiya olumlu yanaşarsa, karakalpak xalqı Rusiya Federasiyasının bayrağını qaldırmağa hazırdır.
«Pravda»da dərc etdirdiyi yazıda Kojemyakin Qırğızstanda siyasi mühacir kimi yaşayan karakalpakiyalı aktivist Roman Mamıtovun fikirlərini qeyd etmişdi. Mamıtov bildirmişdi ki, «Karakalpakiya xalqı özbək əsarətindən ciddi narazıdır və Daşkənd istəməsə belə, onlar referendum hazırlayıb keçirmək əzmindədirlər».
«Pravda»nın yazarı bu fikirlərə haqq qazandırdığını bildirərək, eyni zamanda qeyd etmişdi ki, «bu münasibətin kökləri o qədər də dərin olmayan tarixi keçmişə gedib çıxır». Karakalpakiya 1936-cı ildə Öpzbəkistanın tərkibinə daxil olub. O zamana qədər isə bu vilayət Kazaxstanın tərkibində olub və kazaxlarla onları birləşdirən daha çox etnik özəlliklər var.
Kojemyakin bildirir ki, 1990-larda, «perestroyka» dönəmində Karakalpakiya Muxtar Respublikasının Ali Soveti Müstəqillik haqqında deklorasiya qəbul edərək, yalnız Özbəkistanın deyil, ümumiyyətlə, SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi. Amma o zaman karakalpak siyasətçilərin və vəzifəli məmurların arasında yekdillik olmadığına görə, bu Deklorasiyanın heç bir siyasi əhəmiyyəti olmadı. Buna baxmayaraq, bu proseslərdən narahat olan Daşkənd hökuməti 1993-cü ildə Karakalpakiya ilə müqavilə baöladı və bu müqavilə, təqribən, Moldova ilə Qaqauziya arasındakı müqaviləyə bənzəyirdi. Bu müqavilədə Karakalpakiya Respublikasının Özbəkistandan referendum yolu ilə ayrılmaq hüququ tanınırdı. Müqavilə 20 illik müddətə bağlanmışdı və buna görə də, onun keçən il qüvvədən düşdüyü aydındır.
Bütün bu müddət ərzində Daşkənd bu müqaviləyə ciddi yanaşmır və Karakalpakiyanın muxtar hüquqlarını da qulaqardına vururdu. Sosial həyatın ağır olduğu, işsizliyin və səhiyyə problemlərinin tüğyan etdiyi Respublikada bu münasibətin yağın üstünə neft tökmək effektini qeyd etməmək mümkün deyil. Bəzi hallarda bu, sərt etirazlara da gətirib çıxarırdı. Bu cür etirazlardan biri 2010-cu ildə, Özbəkistan hökuməti Karakalpakiya ərazisində olan bir zavodu bağlamaq qərarı verəndə olmuşdu və o zaman insanlar kütləvi şəkildə küçələrə axışmışdılar.
Kojemyakin qeyd edir ki, əlbəttə, Karakalpakiya fəallarının Rusiyaya birləşmək barədə düşübncələri sadəlövhlükdür. «Bu vilayətin Rusiya ilə ümumi sərhədlərinin olmaması bir yana, Rusiyalılar ölkə ərazsində daha bir türk-müsəlman xalqının peyda olmasını o qədər də rəğbətlə qarşılamazlar». Bununla yanaşı «Pravda»nın şərhçisi bildirir ki, Karakalpakiyadakı zəngin neft-qaz yataqlarının istismarı üçün burada hansısa iti və qüdrətli bir dövlətin himayəsinə ehtiyac vardır. O, bu yaxınlarda beynəlxalq qeyri-hökumt təçkilatlarının Özbəkistan və Karakalpakiya barədə təhlillərini nəzərə alaraq iddia edib ki, bu vilayət regionda yeni qaynar nöqtələrdən biri olacağını istisna etmək mümkün deyil.
Amma Kojemyakin, həm də öz-özünü təkzib edir. Bir tərəfdən, o, qeyd edir ki, karakalpaklılar Özbəkistanın xarici siyasətindən narazıdırlar, amma axı, Rusiyanın özü də Özbəkistanın xarici siyasətindən eyni dərəcədə narazıdır. Bundan başqa, Kojemyakin israr edir ki, karakalpaklar Rusiyanın tərkibinə daxil olmaq istəyirlər və şübhəsiz, Rusiyadan başqa hər hansı bir dövlət bu ərazilərə iddia etməz. Kojemyakin izah edə bilmir ki, nəyə görə Birləşmiş Ştatlar, Avropa Birliyi və ya Çin Karakalpak separatizmindən yararlanmaqla İslam Kairmov hakimiyyətinə qarşı təxribat etməz. Məsələ burasındadır ki, Vaşingtobn, Brüssel və Pekin İslam Karimovla yaxşı münasibətlərdədir və Özbəkistanın ərazi bütövlüyünə təhlükə yaratmaq istəməzlər. Bunların hər üçündən fərqli olaraq, Moskva bu separatizmi alovlandırmaq üçün gərəkli motiv, imkan və vasitələrə sahibdir.