Bir tərəfdən süd məhsullar qara siyahıdan çıxarılıb, digər tərəfdən siyahıya balıq növləri daxil edilib
Rusiya Qərbin sanskiyalarına cavab olaraq tətbiq etdiyi ərzaq və meyvə-tərəvəz embarqosunu qismən qaldırıb. Laktozasız süd və digər süd məhsulları, həmçinin əkin üçün bir sıra meyvə-tərəvəz növləri Rusiyaya idxalı qadağan edilmiş məhsulların qara siyahısından çıxarılıb.
Bu barədə Rusiya hökümətinin elan etdiyi qətnamədə deyilir. Habelə idxalı sanksiyalaşdırılmış məhsulların siyahısına qızılbalıq, farel istisna olmaqla bütün diri balıq növləri əlavə olunub.
Xatırladaq ki, avqustun 7-də Rusiya Ukraynadakı hadisələrlə əlaqədar ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab olaraq, Qərbdən mal əti, donuz əti, quş əti, gündəlik məhsullar, meyvə-tərəvəz, süd məhsullarının ölkə ərazisinə daxil edilməsinə qadağa qoyub.
Bir neçə gün əvvəl, Rusiyanın bir sıra xeyriyyə təşkilatları ölkənin nazirlər kabinetinə müraciət edərək, ağır xəstələr qidalanmasına vacib olan məhsulların ölkəyə idxalına icazə verilməsini xahiş etmişdi. (ans)