Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində avtobus qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, 195 saylı marşrut avtobusu yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobus aşıb.
Hadisə zamanı avtobusda olan 15-dən çox sərnişin xəsarət alıb.
Yaralılar Klinik Tibbi Mərkəzinə aparılıb.