Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub. “APA-Economics”in xəbərinə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.
Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir. M. Əmirov “APA-Economics”ə faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.