Moskvada naməlum şəxslər stalin vaxtı inşa edilən hündür mərtəbəli binanın üzərinə Ukrayna bayrağını taxıb. Həmçinin binanı üzərindəki ulduz da Ukrayna bayrağının rənqlırinə boyanıb. Bayraq 3 saat binanın üzərində qalıb. Yalnız bundan sonra onu ordan çıxarmaq mümkün olub. Məlumata görə, naməluam şəxslər binanın içindən yuxarı qalxıblar.
Moskva polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Onlardan ikisi qadın, ikisi isə kişidir. Əməlləri sübut olunsa, onları 3 ilə qədər həbs cəzası gözəyir.Həbs olunanlar 33 yaşlı Aleksandr Poqrebov, 26 yaaşlı Aleksey Şirokojuxov, onun həmyaşıdı Yevgeniya Korotkova və 25 yaşlı Anna Lepeşkinadı. Bu şəxslərin hamısı Moskvada yaşayır və Rusiya vətəndaşıdır. Gənclərin sosial şəbəkədə paylaşdığı şəkillərdən onların paraşut idmanı ilə məşğul olduğu məlum olur. Polis məhz bu gənclərin binanı üzərinə bayraq sancdığını iddia edir. Lakin saxlanılanlar binanın üzərinə bayraq sancmadıqlarını, ordan paraşutla tullandıqlarını deyiblər.
azadlıq.info