Rusiya Ukrayna ilə sərhədə qoşun cəmləməsinə aydınlıq gətirməkdən imtina edib. Ukrayna Rusiyadan sərhəddə qoşun cəmləməsinə aydınlıq gətirməsini hələ iyulun 30-dan tələb etsə də, bu sorğuya cavab verilməyib. Beynəlxalq qanunvericiliyə görə, Rusiya sorğuya 3 gün ərzində cavab verməli idi. Ukrayna KİV-inin verdiyi məlumata görə, Rusiya Ukrayna ilə sərhəddə canlı qüvvə ilə yanaşı, ağır texnika da cəlb edir. Məlumatlara görə, qoşun hissələri hətta vaxtaşırı sərhəddi pozaraq, Ukrayna ərazisini atəşə də tuturlar.
azadliq.info