Cəbhə xəttində baş verənlərin fonunda ölkə telekanallarında əyləncəli proqramların davam etməsi ictimai rəydə kəskin etiraza qarşılanıb. Tanınmış hüquqşünas Aslan İsmayılov facebook səhifəsində bu tendensiyaya münasibət bildirib: “lk növbədə şəhid olan övladlarımızın ailələri başda olmaqla xalqımıza dərin hüznlə başsağlığı verir və Şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm. Əlbəttə müharibə vəziyyətində şəhid olması qaçılmazdır. Ancaq son dövrlər bu ağır itkilərin çox olması hamını düşündürməlidir. Birinci növbədə bu sahəyə cavabdeh olanlar məsuliyyət daşımalı, günahı olan hər bir zabit cəzalandırılmalıdır. Düşmənlə təmas xəttində silahla davranma, düşmənlə üz üzə dayanmaq təcrübəsi olmayan, ən azından 6 ay hərbi xidmət keçməmiş gənclərin olması yolverilməzdir. Mümkün olan qədər cəbhə bölgəsində həqiqi hərbi xidməti keçmiş, müqavilə əsasında, artıq məvaciblə hərbi qulluq keçmək istəyən könüllülər olmalıdır. Ön xəttlərdə müharibə görmüş zabitlərin olması vacib şərtlərdəndir.
Matəm elan olunub olunmamasından asılı olmayaraq bu günlər KİV-lərdə, xüsusilə TV-lərdə musiqili verilişlərin, “çal- çağırların” olması tək şəhidlərin ruhuna, onların ailələrinə deyil, bütünlükdə xalqa hörmətsizlikdir. Şəhidlərin yeddisinə qədər hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən verilişlərə xüsusi yer ayrılmalıdır. Şəhid ailələri diqqət və qayğı mərkəzində olmalıdırlar. Bu həssas məqamda, Birinci Qabağ savaşında minlərlə gəncin ölümünə baiskar olmuş, bu gün özünü müxalifət cərgəsinə sırımaq istəyənlər “ura patriotların”( “vətənşüvənlərin”) pafoslu çıxışlarına diqqətlə yanaşılmalıdr. Dünyadakı, xüsusilə bölgəmizdəki qorxunc geopolik durumda iqtidar müxalifət münasibətləri arxa plana keçməli və Dövlətimizin gələcəyi hamını, birinci növbədə hakimiyyəti narahat etməlidir. Bu ağır günlərdə hakimiyyətin ölkədə milli barışıq yaratmaq şansı vardır. Bu isə birinci növbədə siyasi məhbusların azad edilməsi və təqiblərin dayandırılmasıdır”.