“Sənin üçün o qədər darıxmışam ki …
Ermənilər Səftər Məmmədov ailə üzvlərilə birlikdə sevgilisini də gözüyaşlı qoyub
Ötən gecə düşmən gülləsinə tuş gələn şəhid Səftər Məmmədov özündən sonra ailə üzvlərilə birlikdə sevgilisini də gözüyaşlı qoyub. Bakıdan hərbi xidmətə yollanan Səftər Məmmədovun son “Facebook” statusu yayılıb.
Səftər Məmmədov sosial şəbəkədəki son statusu görənlərin gözünü yaşardır. O, son mesajını iki gün öncə yazıb. İyulun 30-da sevgilisinə göndərdiyi mesaj sanki Səftər Məmmədovun ölümünə bir işarə idi.
Səftər Məmmədov “Facebook” səhifəsindəki statusunda sevgilisi üçün darıxdığını da aydın şəkildə qeyd edib: “Sənin üçün o qədər darıxmışam ki, bilsəm ki, cənazəmə gələcəksən, onda ölərəm”. (anspress.com)