Hüquq müdafiəçisinin evinə axtarış aparılıb
Bü gün hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Prokurorlugun Ağir Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində ifadə verib. Daha sonra evində də axtarış aparılıb. Bu barədə R.Cəfərov Facebook səhifəsində məlumat verib:
“Baş Prokurorlugun Ağir Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində bu gün saat 10.00-dan 14.00-a dək bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid kimi dindirildim, bütün suallara cavab vermişəm.
Bundan sonra mənzildə axtarış aparıldı, axtardıqları heç bir sənəd mənzildə yox idi, bu barədə demişdim, amma axtarışı da apardılar ki, hər şeyi üzləri görsün, axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim…
Hər şey qaydasındadır.
P.S. Bizim gizlədəcəyimiz heç nə yoxdur, maliyyə vəsaitləri açiq şəkildə hesaba daxil olub, açiq şəkildə hesabdan çıxarılıb, zəruri bütün maliyyə sənədlərimiz var, mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk, fəaliyyətimiz müntəzəm və geniş şəkildə KIV-lər tərəfindən işıqlandırılır, gördüyümüz işin nəticələri (hesabatlar, videoroliklər, multimedia məhsulları, sənədli film və s. sosial şəbəkələrdə geniş yayılır… Biz sirf huquq mudafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik!!!”