Tver Məhkəməsi azərbaycanlıların Vladımır Jirinovskiyə qarşı qaldırdığı 100 mln rubluq iddiaya baxır. İddianın qaldırılmasına səbəb Jirinovskinin Azərbaycan xalqını təhqir etməsidir. Bu barədə məhkəmənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məhkəməyə müraciətlə Elmira və Sadiq Məmmədovlar müraciət edib. Onlar təhqir olunduqlarını iddia edərək hər birinə 50 mln rubl təzminat ödənilməsini istəyir.