İş adamı Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb.
Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının Axar.az-a verdiyi məlumata görə, “Hafka”nın bu ərazidə bir neçə villası var: “Hafiz Məmmədovun villaları böyük pəncərəsi və əksəriyyətinin həyətində qurulan yaşıl çardaqla seçilir. Həm də memarlıq baxımından bir-birinə bənzəyirlər. Ona görə də onları digər villalardan seçmək asandır”.
Dəllalların sözlərinə görə, burada satışda olan villalar normal halda 2 milyon manatdan başlayır. “Hafka”nın villalarının ən aşağı qiyməti isə 3 milyondur. “Müəllimin burda daha bahalı villası da var”.