Müsavat Partiyası hüquq müdafiəçisi Leyla Yunusun çərşənbə günü hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.
Müsavat partiyaası ictimai tədbirdə iştrak etmək üçün mənizlindən çıxan L.Yunusu mülki geyimdə olan bir neçə şəxsin ölkə prokurorluğunun istintaq idarəsinə gətirdiyini qeyd edirlər. L.Yunusun saxlanması haqda infromasiya yaydıqdan sonra həyat yoldaşı Arif Yunus da prokurorluğa aparılıb.
Partiya hüquq müdafiəçisi L.Yunus və həyat yoldaşının qanunazidd üsullarla saxlanılaraq prokurorluğa aparılmasını ölkə vətəndaşlarına repressiyaların davamı kimi dəyərləndirib.
Son olaraq, bəyanat müəlliflər səlahiyyətli orqanlardan belə mənfi halların aradan qaldırılmasını, Leyla və Arif Yunusların təcili azad edilməsini tələb edirlər.
Xatırladaq ki, Leyla və Arif Yunuslar bu ilin aprelin sonunda Bakı aeroportunda prokurorluq əməkdaşları tərəfindən saxlnıblar. Saxlanan zaman pasport və mülkiyyət sənədləri müsadirə edilib. Tanınmış jurnalist Rauf Mirqədirovun işilə bağlı istintaqa cəlb olunan L.Yunus ona aid sənədlər qaytarılmadığı üçün istintaqa ifadə verməkdən imtins edib və istintaqa getməyib.