ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyaların miqyasını genişləndirir. Bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib. Yeni sanksiyalar əsasən müdafiə, enerji və maliyyə sektorların əhatə edəcək. “Bu yeni “soyuq müharibə” deyil. Rusiya onu qəbul edə bilmir ki, Ukraynanın öz seçimi ola bilər. Biz Ukraynanı dəstəkləyəcəyik”, deyə Obama qeyd edib. Obama onu da qeyd edib ki, situasiyadan asılı olaraq Rusiyaya qarşı sanksiyalar sərtləşə biər.
ABŞ Rusiyanın VTB, “Rosselxozbank”, “Bank Moskvı” banklarını artqı sanksiya siyahısına daxil edib. Yeni adların daxil edilməsi ilə sanksiyanın miqyası daha da genişlənib.
azadliq.info