Britaniyanın ABŞ-dakı səfiri ser Piter Uestmakott Rusiya prezidenti Putini başkəsən və yalançı adlandırıb. Səfir Qərbin sərt reaksiyasının Kremldə hiss olunduğunu deyib. Bu barədə Britaniyanın «Daily Telegraph» nəşri yazıb. Səfirinin sözlərinə görə, Rusiya tərəfi onsuzda özünü pis aparırdı, təyyarənin vurulması isə dəhşətli bir hadisədir. «Biz artıq Putin üçün, hökumət üçün və hökuməti seçən xalq üçün bunun nə ilə nəticələnəcəyi barədə düşünməliyik», – deyə səfir qeyd edib.
azadlıq.info