«Bu niyyətin gerçəkləşəcəyi real görünmür»
Rusiya Federasiyasının vitse-prezidenti İqor Şuvalov Avrasiya İttifaqı üçün vahid valyutanın tətbiqi qaçılmaz olduğunu deyib. O, bunun üçün hər üç ölkəyə minimum beş il vaxtın lazım olduğunu bildirib. Şuvalov iqtisadi əməkdaşlığı artırdıqlarını və fərqli ölkələr olaraq vahid əməkdaşlıq məkanı yaratdıqlarını da dilə gətirib.
Xatırladaq ki, Avropa Birliyi və ABŞ tərəfindən iqtisadi sanksiyalara məruz qalan Rusiya rəsmiləri bundan əvvəl də dollardan imtina etmək niyyətini açıqlamışdı.
Rəsmilər sanksiyalarının tətbiqi təqdirində Rusiyanın başqa valyutanın istifadəsinə keçməklə yeni hesablaşma-ödəniş sistemi yaratmağa məcbur olacağını, belə olan halda ticarət əməliyyatlarını dollarla deyil, başqa valyuta, əsasən də rublla aparıla biləcəyini deyirdi.
Lakin sanksiyalar artdıqca dəyərdən düşən rublun yaxın 5 ildə vahid valyuta rolunu oynayacağı real görünmür.
Ekspertlər bunun yalnız siyasi bəyanat olduğunu və hədə məqsədi daşıdığını deyir. Çünki dünyada əməliyyatların əksəriyyəti sivil sistem üzərində qurulur. Bu zaman dünyada qəbul olan valyutalardan daha çox istifadə olunur. Dövlətlərarası müqavilələr bağlanarkən əsasən ABŞ dollarından istifadə olunur. Rusiya ən yaxşı halda MDB ölkələri ilə ticarət əlaqələrini öz milli valyutaları, yəni rus rublu ilə həyata keçirə bilər. Amma sonradan həmin valyutalar beynəlxalq birjalarda yenidən daha stabil, dünyada qəbul olunmuş valyutalara çevriləcək. Bu baxımdan
Rusiyanın dollardan imtina və vahid valyutaya keçmək niyyətinin gerçəkləşəcəyini gözləməyə dəyməz. Çünki bunun üçün uyğun şərtlər mövcud deyil.
Fizzə