BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay deyib ki, Malayziya təyyarəsinin Ukraynada üsyançıların nəzarəti altında olan şərq bölgəsində vurulmasının müharibə cinayəti hesab edilməsi mümkünndür.
Onun sözlərinə görə, təyyarənin vurulması beynəlxalq hüququn pozulmasıdır və müharibə cinayəti kateqoriyasına aid edilə bilər. O, tez, əhatəli, effektiv,müstəqil və qərəzsiz təhqiqata çağırıb.
Navi Pillay deyib ki, Ukrayna münaqişəsində müharibə cinayətləri də daxil olmaqla beynəlxalq hüququ ciddi şəkildə pozanların kimliyindən asılı olmayaraq ədalət məhkəməsi qarşısına çıxarılması üçün bütün səylər göstəriləcək.
Bu arada, təyyarənin düşdüyü yerdə döyüşlərə görə beynəlxaləq təhqiqatçıların əraziyə getməsi ikinci gündür təxirə salınıb. Niderland və Avstraliya ekspertlərindən ibarət qrupun üzvləri əraziyə getmək üçün bazar ertəsi yenidən cəhd göstərdiklərini bildirib. (amerikaninsesi.org)