Ukrayna səmasında vurulan Malaziyaya məxsus “Boeing”in “qara qtusu” oxunub. Bu barədə ABŞ-ın “CBS News” telekanalı xəbər verib. Telekanal bildirib ki, “qara qutu”nun dərc olunmamış məlumatında təyyarənin raketlə vurulduğu təsdiqini tapır. “Qara qutu” qeydə alıb ki, təyyarə partlayan raketin qəlpələrindən deşik-deşik olub.
“Raket hansı məqsədlə hazırlanmışdısa, onu da edib – təyyarəni vurub”, – deyə telekanal uçuşlarda təhlükəsizlik üzrə avropalı məmurlardan birindən sitat verib. Adı açıqlanmayan təhlükəsizlik məmuru deyib ki, “qara qutu”nun qeydləri təyyarənin güclü partlayış nəticəsində yerə düşdüyünü təsdiqləyir.
azadliq.info