Ukrayna prezidenti Petr Poroşenko Alı Radanı Arseni Yatsenukun istefasını qəbul etməməyə çağırıb. Prezident hesab edir ki, Radada koalisiyaların buraxılması hökumətin istefası üçün səbəb ola bilməz. Poroşenko Nazirlər Kabinetinin hazırkı tərkibində fəaliyyətini davam etdirəcəyinə ümüd edir.
Ukrayna qanunlarına əsasən baş nazirin istefası haqda qərarı Ali Rada 10 gün ərzində qəbul etməlidir.
Baş nazir istefasını koalisiya hökumətini təşkil edən “Azadlıq” və UDAR partiyalarının hökumətin tərkibindən çıxması ilə əsaslandırıb. Yatsenukun fikirincə, koalisiya hökuməti dağıldıqdan sonra parlamentdə qanun layihələrini təsdiqlətmək mümkün olmayacaq.
Ukraynanın baş naziri Arseni Yatsenyukun sözlərinə görə, yeni koalisiya hökuməti formalaşmayacağı təqdirdə baş nazirin vəzifədə qalması da doğru deyil. “Mən öz istefamı elan edirəm, var olsun, Ukrayna”.
Parlamentdə bir ay ərzində yeni koalisiyanın formalaşmayacağı tədqirdə isə prezident Ali Radanı buraxıb növbədən kənar seçkilər təyin edə bilər. Parlament seçkilərinin oktyabrın 26-na təyin ediləcəyi gözlənilir.