Açılan atəş nəticəsində 2 kənd sakininin yaralandığı deyilir
Tovuz rayonunun Əlibəyli kəndində döyüş gedir. Ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakininin yaralandığı deyilir.
Bu haqda informasiyanı Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova bildirib.
Onun sözlərinə görə, hazırda kənddə vəziyyət çox gərgindir. “Əməlli-başlı döyüş gedir. 2 nəfər yaralanıb. Onlardan biri uşaqdır. Hərbi maşınların köməyilə uşaq Tovuz rayon xəstəxanasına aparılıb. Digər yaralı isə Anya Ələsgərovadır. Uşağın kimliyi haqda isə hələlik məlumat yoxdur”, – deyə Minayə İsmayılova bildirib. (ans)