Öldürülən fələstinlilərin əksəriyyəti mülki şəxslər olub
Israillə “Həmas” hərəkatı arasında atəşkəsi təmin etmək üçün səylər gücləndirilir. 18 gündür davam edən döyüşlərdə ölənlərin sayı hər keçən gün daha da artır. Iyulun 24-dən 25-nə keçən gecə də Israilin Qəzzaya artilleriya və göydən hücumu davam edib. Israil şəhərciklərində isə cümə günü “Həmas”ın raketlərinə görə həyəcan qaldırıblar.
Israilin təhlükəsizlik kabinetinin ABŞ Dövlət katibi Con Kerrinin dəstəklədiyi yeddi günlük barışıq planını müzakirə edəcəyi gözlənilir.
Bu arada, Israilin Qəzzada hərbi əməliyyatlarına etiraz olaraq, Qərb Sahilində keçirilən aksiyalarda ən azı iki fələstinli öldürülüb. Bu barədə rəsmilər məlumat yayıb.
Təxminən 10 min etirazçı isə Rəmallahdan Şərqi Qüds tərəfə addımlayıb, onlar orada Israil hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya gəliblər.ÿNəticədə təxminən 200 etirazçı yaralanıb.ÿIsrail Ordusu qoşunların aksiya iştirakçılarının daşlarla hücumunun qarşısını almaq üçün “aksiya dağıtma alətləri”ndən istifadə etdiyini təsdiqləyib.
Qəzzada qarşılıqlı hücumlar iyulun 8-də Israil hərbçilərinin Hamas qruplaşmasının raket zərbələrini dayandırmaq üçün əməliyyatlara başlamasından sonra gərginləşib.ÿ8 iyuldan bəri 800 nəfərdən çox fələstinli və 34 Israil hərbçisi həlak olub.ÿÖldürülən fələstinlilərin əksəriyyəti mülki şəxslər olub, Israil tərəfindən isə 2 nəfər mülki şəxs öldürülüb.ÿCümə axşamı Qəzzada sığınacaq kimi istifadə olunan BMT-nin idarə etdiyi məktəbin artilleriya atəşinə tutulması nəticəsində ən azı, 15 nəfərin öldürülməsi vəziyəti daha da gərginləşdirib.