Azərbaycan Xalq Cəbhəsi Partiyası yeni siyasi həbs dalğası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son günlər ölkədə avtortar üsul idarənin gücləndiriməsi üçün aparılan qanunsuz və zorakı həbsləri kəskin formada pisləyir və bu cür davarnışa öz hiddətini ifadə edir.
Son günlər Əliyev rejimi Gəncədə tanınmış ictimai xadim, maarifçi fəal Həsən Hüseynlini qondarma ittihamlara söykənərək 6 il müddətinə azadlıqdan məhrum edib. Müsavat Pariyası Gənclər Təşkilatının sədr müavini və sosial şəbəkə fəalı Fərəc Kərimli və qardaşı Sirac zorakılıqla həbs olunub. Elə həmin ərəfədə Şəmkirdə “facebook” fəalı İlham Muradov da şərlənərək həbs olunub.
Sadalanan həbslərinin hər biri siyasi sifariş və qanundan kənar olmaqla yanaşı, bir daha Azərbaycan hakimiyyətinin humanizmdən və mənəvi dəyərlərdən nə qədər uzaq; böhtan və qarayaxmaya nə qədər alüdə olduğunu sübut edir.
Həsən Hüseynli kimi ziyalını guya başqasına xəsarət yetirməkdə günahlandıran hakimiyyət özü Kərimli qardaşlarına və İlham Muradova qarşı saxlanılarkən amansız işgənclər verib, onları zorakılığa məruz qoyub. Saxlanan şəxslərlə bağlı informasiya blokadasının inzibatı orqanlar tərəfindən yaradılması cəmiyyətdə gərginliyə səbəb olub. Həmin şəxslərin sağlamlığı ilə bağlı ağır xəbərlər var. Hökümət məsuliyyətsizcəsinə bu günə qədər bu şəxslərin vəkillərlə təmasına şərait yaratmadığından vəziyyət daha da çətinləşir.
AXCP Azərbaycan hakimiyyətini öz xalqı ilə perspektivsiz və mənəviyyata zidd savaşdan çəkinməyə çağırır.
AXCP bəyan edir ki, onsuz da heç bir repressiya xalqımızın azadlıq istəyinin və demokratikləşmə prosesinin qarşısını ala bilməyəcək”.