Müsavat Partiyasının Tərtər rayon təşkilatının keçmiş sədri, hazırda hüquq firmasında çalışan Xəqani Məmmədov həbs olunub. Onun həyat yoldaşı Mehparə Əhməd bildirilib ki, Xəqani Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə “Azadlıq”a açıqlama verən Mehparə Əhməd bildirib ki, özü də hadisənin təfərrüatlarının dəqiq bilmir. Onun sözlərinə görə, Ağdam rayonunun Şotanlı kənd sakinləri arasında problemlər olub: “Şotanlı kənd sakini qız qaçırıb. Qız evi buna etiraz edib. Oğlan evini məhkəməyə verib. Sonra münasibətləri düzəlib. Bir müddət keçəndən sonra isə problem yenidən qaynaqlanıb. Oğlan tərəfi də Xəqaninin üstünə düşüb ki, şikayətlərini geri götürsünlər.
Deyəsən, həyat yoldaşım qız evinin şikayətini hazırlayırmış. Xəqani də onlara deyib ki, bu, mənlik deyil. Onlar belə istəyirlər. Başladılar həyat yoldaşıma təzyiq etməyə. Dedilər ki, sizin müxalifətçi olduğunuzu bilirik. Dünən də (srağagün-red) yoldaşımın ofisinə gedib daş-qalaq ediblər, bir-birilərinə xəsarət yetiriblər. Guya, onları Xəqani vurub. Ona görə də yoldaşımı şübhəli şəxs qismində saxlayıblar”.