Vladimir Qroysman Ukrayna baş nazirinin səlahiyyətlərini icra edəcək. Bu barədə məlumatı Facebook səhifəsində daxili işlər naziri Arsen Avakov yayıb.
Bu vəzifəyə təyin olunana qədər Qroysman Ukrayna şəhərləri assosiasiyasının yaşayış-kommunal təsərrüfat məsələləri üzrə vitse-prezidenti olub. 36 yaşlı Qrosman bu ilin fevralında baş nazirin regional inkişaf, tikintivə yaşayış-kommunal məsələlər üzrə müavini təyin edilib.
azadlıq.info