Gələn həftə Rusiya Mixail Xodorkovskinin iri neft şirkəti olan YUKOS-un müsadirə edilməsinə görə kompensasiya tələbi ilə iddia alacaq. YUKOS GML (Group MENATEP Limited) şirkətinin keçmiş rəhbəri Tim Osborn bildirib ki, Haaqada Arbitraj Məhkəməsinin iclasında 103 mlrd dollar itkinin ödənilməsi ilə bağlı işə iyulun 28-də baxacaq.
Putin rejiminə çoxmilyardlı cərimə Kremlə qarşı sanksiyaları bir qədər də ağırlaşdıra bilər.
Mütəxəssislər GML-in məhkəmədə qalib gəlməsi üçün yaxşı şanslarının olduğunu deyir. Rusiyanın isə apelyasiya şikayəti vermək imkanları məhduddur. Rusiya cəriməni ödəməkdən imtina etsə, bu dövlət əmlakının, o cümlədən YUKOS-un böyük hissəsinə sahib çıxan «Rosneft»in aktivlərinin müsadirəsi ilə nəticələnə bilər.
azadlıq.info