Avropa Birliyi Moskvaya qarşı sanksiyaları sərtləşdirir. Sanksiyala siyahısına daha 15 rusiyalı və ukraynalı, həmçinin 9 müəssisə və 9 təşkilat salınıb. Bu barədə qərar AB üzvü olan ölkələrin nümayəndələri tərəfindən qəbul edilib.
Ümumilikdə AB-nin sanksiya siyahısında olanların sayı 87 nəfərə çatır. Müəssisə və təşkilatlara AB ilk dəfədir sanksiya tətbiq ediir. Firmalar AB ölkələrində bizneslə məşğul olmaq hüququndan məhrum edilir. AB ölkələri nümayəndələrinin gələn həftə keçiriləcək toplantısında növbəti sanksiyalar müzakirə ediləcək.
azadlıq.info