Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb.
APA-nın “Ən-Nahar” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.
Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi.