Kəbə yaxınlığında güclü yanğın hadisəsi qeydə alınıb. “vesti.az”ın verdiyi məlumata görə, müsəlmanların müqəddəs şəhəri Məkkədə Kəbə ətrafında aparılan təmir və ərazi-genişləndirmə işləri zamanı yanğın başlayıb. Yanğın plastik maddələrdən hazırlanan arakəsmələrin alışması nəticəsində meydana gəlib.
Hadisə nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 3-nün vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalar başlanılıb.