ABŞ-ın hər iki partiyadan olan qanunvericiləri Rusiyanın Ukraynada baş verənlərə görə cavab verməli olduğunu deyir. Bundan ötrü isə Avropa ilə fəal əməkdaşlıq etmək lazımdır.
Senator Den Kouts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putini «imperiya ambisiyaları» idarə edir. Onun fikrincə, Kreml rəhbərini Ukraynaya müdaxilədən çəkinməyə məcbur etmək lazımdır. «Biz Rusiya iqtisadiyyatını dizi üstə qoymaq üçün mümkün olan hər şeyi etməliyik. Rusiya fond birjasının iflasının şahidi olmalıyıq. Bu ölkənin bütün mallarının və ixracının dəstəklənməsinin azalmasının şahidi olmalıyıq», – deyə senator bildirib.
Senator Kris Merfi isə bildirib ki, sanksiyaların effektiv olması üçün ABŞ və avropalı müttəfiqlər bir cəbhədən çıxış etməlidir.
azadlıq.info