Rusiya prezidenti Vladimir Putinin Krımı saxlamaq üçün heç bir şansı yoxdur və tezliklə onu qaytarmalı olacaq. Bunu Çexiyanın ČT24 telekanalına müsahibəsində Polşanın keçmiş prezidenti Lex Valensa deyib. «Rusiya Krımın qaytaracaq. Axı biz tanklar dünyasında deyil, ağıl və danışıqlar dünyasında yaşayırıq. Biz sülh, kompromiss və inkişafa məhkumuq. Belə üsullara əl atan, tankları göndərən məğlub olmalıdır», – deyə polşalı siyasətçi qeyd edib.
Valensa bildirib ki, hazırda Avropada demokratik qüvvələr arasında dialoq qurulması vacibdir: «Avropa həmrəyliyi və qlobal həmrəylik lazımdır».
azadlıq.info