İrfan Siddiq: «Azərbaycanda dəqiq, qərəzsiz, müstəqil medianın bərqərar olması səylərini dəstəklədiyi üçün qürur duyur»
Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiq Azərbaycan Milli Mətbuatının 139 illiyi münasibətilə jurnalistləri təbrik edib. Facebook vasitəsilə təbrikində səfir Irfan Siddiq ifadə azadlığı və müstəqil medianın demokratiyanın fundamental tələblərindən olduğunu vurğulayıb.
Irfan Siddiq bildirib ki, Böyük Britaniya Ifadə azadlığına böyük dəstək verir.
“Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda dəqiq, qərəzsiz, müstəqil medianın bərqərar olması səylərini dəstəklədiyi üçün qürur duyur” deyə səfir təbrikində qeyd edib.
“Turan”