BMT-nin Təhlükəsizlik Şurası Malaziya təyyarəsinin Donetsk üzərində vurulmasını pisləyən Avstraliyanın təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib. On beş ölkə qətnamənin qəbul olunmasına səs verib. Onu da qeyd edək ki, vurulan Boinqdə 28 Avstraliya vətəndaşı olub. Qəbul olunan sənəd baş verənlə bağlı məsuliyyət daşıyanların dərhal müəyyənləşdirilməsini nəzərdə tutur. Region ölkələrindən mülki aviasiyaya qarşı güc işlədilməsinə son qoyulması tələb olunub.
azadliq.info