Ukraynanın baş prokuroru Odessa şəhərinə yeni prokurorun təyin olunması haqqında əmr imzalayıb.
Ukrayna mətbuatının xəbərinə görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.
Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr, 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.