Avropa Şurası Parlament Assembeyasının (AŞPA) İrlandiyadan olan deputatı Maykl Maknamara “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan haqlarına hörmətin vəziyyəti necədir?” adlı qətnamə layihəsi ilə cıxış edib. Qətnamə AŞPA-nın 56 deputatı tərəfindən artıq imzalanıb və onun müzakirəsi keçiriləcək. Qətnamə layihəsi ilə ingilis dilində bu link vasitəsilə tanış olmaq olar: www.assembly.coe.int
AŞPA Assembleyasının 22-23 may 2014-cü il tarixində Bakıda iclası keçiriləcək və bu Qətnamə layihəsi müzakirələri burada təşkil olunacaq, qətnamənin AŞPA-nın plenar iclasa verilib-verilməməsi məsələsi həll ediləcək.
Bu Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində mayın 14-də başlayacaq sədrliyi ilə əlaqədar böyük əhəmiyyətə malik olan sənəd və müzakirədir, çünki Azərbaycan sədrlik ərəfəsində və dövründə insan haqları ilə bağlı vəziyyəti düzəltməlidir, ilk növbədə siyasi motivlərlə tutulmuş şəxsləri sərbəst buraxmalıdır.
Qətnamə layihəsində deyilir ki, Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən şəxslərin həbsi və azadlıqdan məhrum edilməsi artıb, məsələn, 2 müxalifət nümayəndəsi, Respublikaçı Alternativ Hərəkatının sədri, o cümlədən Avropa Şurası Siyasi Biliklər Məktəbinin direktoru İlqar Məmmədov və Müsavat partiyasının rəhbər müavini Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi, və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli barəsində həbs qət-imkan tədbirinin seçilməsini göstərmək olar.
Azərbaycanın qarşıdan gələn sədrliyi ərəfəsində bu ölkədə fundamental azadlıqlarla bağlı narahtçılıqların, xüsusən siyasi motivli həbslərin qaldırılması təbiidir.
azadliq.info