Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-30-da “ABŞ – Azərbaycan Konvensiyası: gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfərə gedəcək.
Onun, Azərbaycandakı Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yəhudiləri icmasının başçısı Melih Yevdayevin və Katolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi – tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.
Sessiyanın panel iclasında QMİ sədri Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək (azvision.az).