Rusiya Ukrayna ilə sərhəddə cəmlədiyi ordunu daimi dislokasiya yerlərinə qaytarmalıdır.
Bu bəyanatla Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Praqada “Azadlıq” radiosuna müsahibə verərkən çıxış edib.
“Rusiya Ukrayna ərazisinin bir hissəsini – Krımı anneksiya edib. Avropa Birliyi bu məsələdə olduqca dəqiq mövqeyə malikdir. İndi Rusiya öz qoşunlarını Ukrayna ilə sərhədə yığır. Bu qoşunlar özlərinin daimi dislokasiya yerlərinə qaytarılmalıdır. Bu, Ukraynada münaqişəni yatırmaq üçün Rusiyanın atdığı yaxşı addım olar”, – deyə Füle bildirib.
Xatırladaq ki, aprelin 24-də Praqada AB-nin Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısı başlayıb.