Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyasının vaxtı məlum olub. Bu barədə MŞ-nin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. Sessiya mayın 3-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında saat 15.00-da keçiriləcək. Sessiyanın gündəliyi isə MŞ Koordinasiya Mərkəzinin növbəti toplantısında müəyyənləşdiriləcək.