Aprelin 25-i ABŞ-da həbsdəki N!DA-çı fəllara dəstək aksiyası keçiriləcək. ABŞ vaxtı ilə saat 13-ə təyin edilən aksiya Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binası qarşısında olacaq. Aksiyanın təşəbbüskarlarından Əli Әfəndi “Azadlıq”a bildirib ki, onlar tədbirin uğurlu olacağına əmindilər. Artıq Nyu York və ona yaxın ərazilərdə yaşayan azərbaycanlılar aksiyaya qoşulmaq niyyətlərin bəyan ediblər: “Bu həbsdə olan azadlıqsevər, demokrat dostlarımız üçün edə biləcəyimiz kiçik işlərdən biridir. Bizim niyyətimiz tək bu aksiya deyil. Başa düşürük ki, günahsız insanları həbs etməkdən yorulanların vicdanını bir aksiya ilə oyatmaq olmaz. Amma bu aksiya heç olmaya bizim, azadlıqda olanların vicdanın az da olsa rahatladacaq. Düşünürük ki, hər kəs vicdan məhbuslarının azadlığı üçün əlindən gələn ən kiçik işi görsə ölkəmizdə çox şey dəyişə bilər”.
Әli Əfəndi deyib ki, onlar aksiya ilə yanaşı Azərbaycan hakimiyyəti üçün lobbiçilik edən ABŞ siyasət və iş adamlarına məzəmmətedici məktub və müraciətlər də hazırlayırlar. Yaxın günlərdə ABŞ-ın sanballı nəşrlərində harın məmur övladlarının fonunda repressiya olunan Azərbaycan gəncliyi barədə məqalələrin dərci də gözlənilir. Los Anceles və Kaliforniyadan isə aldığımız məlumatda daha maraqlı xəbərlər yer alıb. Orda yaşayan azərbaycanlılar ölkəmizdə aparılan haqsız və ədalətsiz həbslərə, o sıradan nidaçıların şərlənməsinə etiraz olaraq bu şəhərdə yaşayan, dincələn azərbaycanlı məmurların yerləşdikəri yerlərdə flaş-moblar planlaşdırıblar. Flaşmobların əsas şüuarı “Bu acgöz və talançılara aldanmayın, onların milyonları göz yaşına qəhr edib burda əylinirlər” formasındadır.
Novruz