Hər il narkomanların hərəkətləri nəticəsində Rusiya 50 milyard dollar məbləğində vəsait itirir. Azadliq.info Rusiyanın İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin rəhbəri Viktor İvanov xarici həmkarlarıyla müzakirələr zamanı bildirib. O deyib ki, hazırda Rusiyanın 3 milyondan artıq nisbətən gənc vətəndaşı narkotik istifadəçisidir və bunun nəticəsində ölkə iqtisadıyyatına hər il 50 milyard zərər vurulur. İvanov onu da bildirib ki, narkomaniya ilə mübarizə üçün güclü milli reabilitasiya sistemi yaradılması mühüm əhəmiyyət kəsb edir.