Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.
ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.
Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.
İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.
Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.
Bakıda neft çənində qeydə alınan yanğın söndürülüb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar.
***
Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində güclü partlayış olub. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsində yamac ərazidə yerləşən iri neft çənlərindən birində güclü partlayış olub. Partlayış az sonra yanğına keçib.
Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Partlayış nəticəsində insan tələfatının olub-olmaması məlum deyil.