Mirvari Qəhrəmanlı: «Kompleks Qazma işləri Idarəsindən ləğv olunan 20-yə yaxın trestdən 100-ə yaxın adam bizə müraciət edib»
ARDNŞ-nin ardınca onun strukturu olan “Azəriqaz”da da kütləvi ixtisarlar başlayıb. Qeyd edək ki, mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.
Bu qurumun bazasında mərkəzləşdirilmiş şəkildə Qəza və Təmir-bərpa Xidməti yaradılacaq. Həmin təşkilatın əsas vəzifəsi isə xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq. Bu isə qurumda kütləvi ixtisarların olacağını deməyə əsas verir.
Ixtisarların nə qədər işçini əhatə edəcəyi, həmçinin nə qədər adamın sonradan işlə təmin ediləcəyi məlum deyil.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı 5 rayonu əhatə edən Şəkidə regional mərkəzdə işdən çıxarılan 50 nəfərin işlə təmin olunmadığını deyir. Ixtisar olunanların dəqiq sayı və onlardan neçə nəfərin işlə təmin olunacağı mayın 15-dən sonra bilinəcək: “Layihə konstruktor bürosu ləğv olunur, 240 nəfər ordan işdən azad olunmalıdır. Eşidəndə ki, kimisə işlə təmin ediblər, ya edəcəklər, təəccüblənirəm. Artıq Komleks Qazma işləri Idarəsindən ləğv olunan 20-yə yaxın trestdən 100-ə yaxın adam bizə müraciət edib. ”Azəriqaz”ın tərkibindən müxtəlif idarələr çıxandan sonra yəqin ki, yalnız qazın satışı ilə məşğul olacaq. Ixtisara düşənlərin sayı təxminən 500 nəfər olacaq”.
Fizzə