Dağın yamacında baş vermiş qar uçqunu nəticəsində 16 nepallı bələdçinin həlak olması vəziyyəti dəyişib
Dünyanın ən hündür zirvəsi Everestə çıxmaq müvəqqəti olaraq qadağan edildi. Dağın yamacında baş vermiş qar uçqunu nəticəsində 16 nepallı bələdçinin həlak olması buna səbəb olub. Hazırda Nepal hökuməti həlak olanların ailələrinə ediləcək birdəfəlik kompensasiyanı müzakirə edir. İlkin olaraq həlak olanların ailələrinin hər birinə 400 dollar təklif edilib. Lakin həmkarları bu pulu artırmaq tələb edirlər.
Bildirilir ki, hökumətin təklif etdiyi yeni məbləğ hökumətin təklif etdiyi əvvəlki məbləğdən çox olsa da, bələdçilərin istədiyi yardımdan azdır. (anspress.com)